FAQs

Tez-tez verilən suallar

SAT və IELTS kurslarına qeydiyyat üçün hansı tələblər var?

SAT və IELTS proqramları əsasən 15–17 yaş arası şagirdlər üçün nəzərdə tutulub. Qeydiyyatdan əvvəl:

  • ilkin səviyyə diaqnostikası aparılır,
  • şagirdin mövcud dili və akademik hazırlıq səviyyəsi qiymətləndirilir.

Bu yanaşma şagirdin birbaşa uyğun qrupa yerləşdirilməsini və vaxt itkisi olmadan başlamasını təmin edir.

Hər bir kurs nə qədər davam edir?

Kursların müddəti proqramdan asılı olaraq dəyişir:

  • Ümumi İngilis dili: 4 ay (96 saat)
  • IELTS hazırlığı: 4 ay (96 saat)
  • TOEFL hazırlığı: 3 ay (72 saat)
  • Duolingo hazırlığı: 3 ay (72 saat)
  • SAT Riyaziyyat / SAT Verbal: 9 ay (144 saat)
  • Birləşdirilmiş SAT + IELTS proqramı: fərdi plana əsasən

Bütün proqramlar aylıq 24 saatlıq intensivliklə keçirilir.

Qruplar neçə nəfərdən ibarətdir?

Keyfiyyəti qorumaq üçün qruplar kiçik ölçülü formalaşdırılır:

  • İmtahan hazırlığı kurslarında: 4–6 nəfər
  • Ümumi İngilis dili və yetkinlər proqramında: 6–8 nəfər

Bu yanaşma hər bir tələbəyə fərdi diqqət ayırmağa imkan verir.

Müəllimlərinizin ixtisası nədir?

Bütün əsas imtahan hazırlığı proqramları:

  • CELTA sertifikatlı,
  • beynəlxalq imtahan təcrübəsinə malik,
  • nəticəyönümlü metodika ilə çalışan müəllimlər tərəfindən aparılır.

Dərslər zamanı tələbələrin inkişafı mütəmadi olaraq izlənilir və monitorinq edilir

Xaricdə təhsil üçün əlavə dəstək göstərirsinizmi?

Bəli. Ivy Hub yalnız imtahan hazırlığı ilə məhdudlaşmır. Xaricdə təhsil planlayan şagirdlər üçün:

  • universitet seçimi,
  • müraciət strategiyası,
  • sənədləşmə və istiqamətləndirmə
    mərhələlərində əlavə akademik və konsultativ dəstək göstərilir.

Kursların qiyməti necə müəyyən olunur?

Qiymətlər aşağıdakı amillərə görə formalaşır:

  • kursun növü,
  • müddəti,
  • qrup ölçüsü,
  • dərs formatı (üzbəüz/onlayn).

Ən doğru qiymət üçün pulsuz diaqnostika və məsləhətləşmə tövsiyə olunur.

Necə müraciət edə bilərəm?

Müraciət üçün:

  • sayt üzərindən formu doldura,
  • WhatsApp vasitəsilə əlaqə saxlaya,
  • və ya mərkəzimizə yaxınlaşıb pulsuz diaqnostikaya yazıla bilərsiniz.

Məsləhətləşmə necə planlaşdırıla bilər?

Məsləhətləşmə, şagirdin ehtiyaclarına və məqsədlərinə uyğun olaraq fərdi şəkildə planlaşdırıla bilər. İlk olaraq, şagirdin maraqlandığı sahələr və məqsədləri müəyyən edilir, sonra uyğun universitetlər, proqramlar və qəbul şərtləri barədə geniş müzakirələr aparılır. Növbəti mərhələdə, imtahan hazırlığı, müraciət prosesləri və digər praktiki məsələlər üzrə məsləhətlər verilir, şagirdin hər bir addımda doğru qərarlar qəbul etməsi üçün dəstək təmin olunur.

Ivy Hub-u digər tədris mərkəzlərindən fərqləndirən nədir?

Ivy Hub, digər tədris mərkəzlərindən fərqlənir, çünki o, şagirdlərin yalnız akademik inkişafını deyil, həm də şəxsi və karyera məqsədlərini gücləndirməyə yönəlik təcrübə təqdim edir. Bizim proqramlarımız beynəlxalq imtahanlara hazırlıqla yanaşı, tələbələrin xaricdə təhsil alma prosesini də hərtərəfli dəstəkləyir, onları universitet seçimi, müraciət prosesi və karyera istiqamətləri üzrə fərdi şəkildə yönləndiririk. Eyni zamanda, Ivy Hub-da tədris yüksək keyfiyyətli və yenilikçi yanaşmalarla aparılır, kiçik qruplarla şəxsiyyətə uyğun dərs planları hazırlanır.

Kurslarınızın qiyməti neçədir?

Bu sual ilə bağlı ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur.

Dərslər harada keçirilir?

Ivy Hub mərkəzi Bakı şəhərinin mərkəzində, İçərişəhər metrosuna yaxın ərazidə yerləşir. Rahat yerləşmə və müasir tədris mühiti tələbələrin davamlılığını artırmaq üçün xüsusi nəzərə alınıb.

Yetişkinlər üçün proqramda zəmanət necə işləyir?

Yetişkinlər üçün danışıq-yönümlü proqramda zəmanət səviyyə əsaslıdır.

Əgər iştirakçı:

  • dərslərdə davamlı iştirak etdiyi halda
  • səviyyə sonunda növbəti mərhələyə keçid balını toplaya bilməzsə,

️ cari səviyyəni əlavə ödənişsiz təkrar etmək imkanı əldə edir.

Bu model real öyrənməni və nəticəni əsas götürür.

Zəmanət siyasəti necə tətbiq olunur?

Ivy Hub-da məmnuniyyət zəmanəti bütün kurslara şamil olunur.

Bütün proqramlarda:

  • dərslərdə davamlı iştirak,
  • tapşırıqların yerinə yetirilməsi
    şərti ilə tələbənin inkişafı izlənilir və lazımi dəstək göstərilir.

Əgər proqram gözlənilən nəticəni verməzsə, fərdi həll yolları tətbiq olunur.